Keyfiyyət Anlayışımız

Etik ve bilimsellikten ödün vermeden, hasta beklentilerini ve tıbbi gereklilikleri karşılayan laboratuvar hizmetini, sürekli eğitim, bilgilendirme, ölçme, analiz ve iyileştirmeler eşliğinde sunmak.

Etika normalarına və elmi prinsiplərə ziyan vermədən, pasiyent gözləntilərini və tibbi tələblərə cavab verən laboratoriya xidmətlərini, davamlı təlim, məlumatlandırma, ölçmə, təhlil və təkmilləşdirmələrlə təqdim etmək

MİSSİYAMIZ

Genetik analiz və klinik konsultasiya xidmətləri; ən müasir elmi biliklərdən, diaqnostika və müalicə üsullarından istfadə edərək, ən yüksək texnologiya və keyfiyyət standartlarında,vicdan, əxlaq və şəffaflıqdan güzəştə getmədən; ürəyini işinə qoyan mütəxəssis və təcrübəli komanda ilə xəstə yönümlü missiyamızı təqdim etməkdən məmnnluq duyuruq.

VİZYONUMUZ

Əsas dəyərlərdən və elmdən güzəştə getmədən araşdırmalarımız və nailiyyətlərimizlə milli və beynəlxalq arenada lider və nümunə olmaq.

KEYFİYYƏT SİYASƏTİMİZ

İntergen olaraq;

• Davamlı təlim, məlumat, ölçmə, təhlil və təkmilləşdirmə ilə müşayiət olunan, etika və elmə ziyan vermədən, xəstə gözləntilərinə və tibbi tələblərə cavab verən ən yüksək keyfiyyətli laboratoriya xidmətini təmin edilməsi,

• Müasir, innovativ və yüksək keyfiyyətli ən yaxşı diaqnostika və konsultasiya xidmətlərinin təqdim edilməsi,

• Müstəqillik, qərəzsizlik və məxfilik prinsipinə riayət etməklə, təhlillərin və xidmətlərin həyata keçirilməsində elmi, qərəzsiz, uğurlu peşəkar və texniki təcrübənin mənimsənilməsi,

• Pasiyentlərin və onların yaxınlarının, qurumların və təşkilatların bütün hallarda məmnunluğunun hədəflənməsi,

• Beynəlxalq TS EN ISO 15189 Tibbi Laboratoriyalar Keyfiyyət və Səlahiyyət üçün Xüsusi Şərtlər standartında, milli və beynəlxalq standartlara, elm və texnologiyada yeniliklərə uyğun olaraq keyfiyyət və idarəetmə sistemimizin daim təkmilləşdirilməsi,

• İşçilərin beynəlxalq konqreslərdə/seminarlarda/nəşrlərdə iştirakınının dəstəklənməsi, davam edən çalışmalarda şəxsən iştirak edilməsi, klinika və laboratoriya çərçivəsində ən aktual məlumatlara sahib olunması və pasiyentlərimizə təqdim edilməsi.

• İnsanlara, həyata və elmə dəyər verən bir qurum kimi çalışırıq.

 

KEYFİYYƏT ANLAYIŞIMIZ

Keyfiyyət idarəetmə standartlarımızla bağlı məlumat və sənədlər.

• ISO 9001

Keyfiyyət İdarəetmə Sistemlərinin qurulması zamanı tətbiq olunacaq şərtləri müəyyən edən standartdır. Bu Standart sertifikatlaşdırma auditinə məruz qalır. Akkreditasiyanı saxlamaq üçün hər il səlahiyyətləndirilmiş qurumlar tərəfindən təqib yoxlamaları aparılır.

• ISO 15189

Keyfiyyət və kifayətlik tələbləri tibbi laboratoriyalara xas olan keyfiyyət idarəetmə sistemi tələblərini müəyyən edən beynəlxalq standartdır. Əsas məqsədi tibbi laboratoriyaları akkreditasiya etmək və test nəticələrinin xəstələr və səhiyyə işçiləri əsasında təminatını gerçəkləştirməkdir.2020-ci ildə TÜRKAK tərəfindən audit olunaraq akkreditasiya sertifikatımızı aldıq. Akkreditasiyanı davam etdirmək üçün hər il TÜRKAK tərəfindən təqib auditi həyata keçirilir.

• ISO 27001

ISO 27001 beynəlxalq etibarlılığı olan güclü informasiya təhlükəsizliyi sistemi üçün tələbləri müəyyən edən standartlar bütünüdür. ISO 27001 standartı təşkilatlarin öz və müştərilərinin məxfi məlumatlarını qorumaq və idarə etməkdə kömək edən informasiya təhlükəsizliyi idarəetmə sistemidir.

Standartın uyğunlaşdırılması prosesi üzərində çalışmalar 2021-ci ildə başlayıb. Mərkəzimiz 2022-ci ildə sertifikatlaşdırma hüququ qazanmışdır.

• ISO 13485

ISO 13485,İSO qurumu tərəfindən nəşr olunan tənzimləyici məqsədlər baxımından şərtlər başlığına sahib tibbi cihaz istehsalçılarına tətbiq oluna bilən keyfiyyət idarəetmə standartıdır. ISO 13485:2003 Standardı ISO 9001:2000-8 Standartı ilə paralel standartdır və ISO 9001:2000-8 Standartı əsasında hazırlanmışdır. ISO 9001:2008 standartına əlavə olaraq bəzi tələblər gətirən standart,dünyanın bir çox ölkəsində qəbul və tətbiq edilir. ISO 9001:2000-8 Standardının  Tibbi cihazlara uyğunlaşdırılmış və bu sahədə inkişaf etdirilmiş versiyasıdır. Tibbi cihazlar üçün xüsusi şərtləri özündə əks etdirən beynəlxalq bir standartdır. ISO 13485 tibbi cihaz istehsalçılarının CE işarətləməsinə gedərkən istifadə edə biləcəyi ən vacib arqumentlərdən biridir. Tibbi cihazların insan sağlamlığına zərər vermədən effektiv və təhlükəsiz şəkildə bazara çıxarılması məqsədi ilə nəşr edilmişdir.

2021-ci ildə mərkəzimiz “Bədəndən Kənar İstifadə Olunan Diaqnostik Kitlərin və Reagentlərin Dizaynı, Saxlanması, Marketinqi və Cihazların istehsalı, Çatdırılması, Quraşdırılması və Texniki Servis Xidmətləri çərçivəsində sertifikatlaşdırılmışdır.

• GENQA

1 yanvar 2018-ci il tarixindən etibarən GenQA, molekulyar genetika üçün Sitogenomik xarici keyfiyyət qiymətləndirmə xidməti (CEQAS) və Böyük Britaniyanın milli xarici keyfiyyət qiymətləndirmə xidməti (UK NEQAS) arasında birləşmə yolu ilə quruldu. GenQA, xəstələrə konsultasiya verməkdən, nümunə hazırlamaqdan, test proseslərindən nəticələrin şərhinə və qiymətləndiriıməsinə qədər bütün klinik genomik xidmətləri əhatə edən yeganə genomik Xarici Keyfiyyət Qiymətləndirmə xidmət təminatçısıdır. GenQA-da laboratoriyaların və fərdi klinisistlərin100-dən çox unikal EQA-nin istifadəsinə içəzasi vardır; bir sıra nadir və irsi xəstəliklər və qazanılmış xəstəliklər üçün mövcuddur. Preimplantasiya genetik testi (PGT), qeyri-invaziv prenatal testi (NIPT), yeni doğulmuşların skrininqi, həmçinin cücərmə (germline) xətti və somatik variantın sinifləndirməsini və şərhini təyin edən diaqnostik laboratoriyalara və klinik genetika mərkəzlərinə obyektiv məlumat və məsləhətlər təqdim edir.

GenQA analitik və şərhci laboratoriya performansının keyfiyyətinə dair məsləhətlər verməklə optimal xəstə baxımını asanlaşdırır. Klinik Genetika Təlim ssenariləri klinisistlərə öz təcrübələrini nəzərdən keçirməyə və davamlı peşəkar inkişafı nümayiş etdirməyə imkan verir.

• EMQN

Avropa Molekulyar Genetika Keyfiyyət Şəbəkəsi (EMQN) keyfiyyətli xidmət göstərmək və davamlılığını təmin etmək istəyən hər hansı bir laboratoriya üçün tələb olunan Keyfiyyət Qiymətləndirmə Xidmətlərinin xarici təminatçısıdır. Diaqnostik molekulyar genetika laboratoriya testlərinin nəticələrinin istehsal olduğu hər yerdə dəqiq, etibarlı və müqayisə edilə bilən olmasının təminatini dəstəklıyir. EMQN, EuroGentest, CF Network, UK NEQAS, RCPA QAP, RfB və EAA daxil olmaqla bir çox təşkilatla əməkdaşlıq edir.

• EQA

Xarici keyfiyyət qiymətləndirməsi laboratoriya keyfiyyət idarəetmə sisteminin effektivliyinin çətinliyidir. Beynəlxalq təşkilatlar tərəfindən göndərilən köranə nümunələr ilə aparılan analizlər keyfiyyət auditini ifadə edir.

• BEYNƏLXALQ MÜSTƏQİL AUDİT TƏŞKİLATLARI TƏRƏFİNDƏN HƏYATA KEÇİRİLƏN AUDİTLƏR

Beynəlxalq müstəqil audit təşkilatları xidmət etdiyimiz dünya miqyasındaki mərkəz və şirkətlərinin öz keyfiyyət standartlarının tələb etdiyi kimi müəyyən keyfiyyət standartlarına sahib olmasını gözləyirlər. Mərkəzimiz uzun illərdir ki, bir çox beynəlxalq mərkəz və şirkətlərlə əməkdaşlıq etdiyi üçün mərkəzin və şirkətlərin müraciəti əsasında hər il bu mərkəz və firmaların istəyi doğrultusunda müstəqil kənar audit qurumları tərəfindən müəyyən edilmiş müstəqil auditorlar tərəfindən yoxlanılır və bu yoxlamalar nəticəsində müşahidə edilən uyğunsuzluqlar və təkliflər nəzərə alınır. Yoxlamalar barədə müvafiq əczaçılıq şirkətinə məlumat verilir. Əməkdaşlığı davam etdirmək üçün bu təyinatlar keyfiyyət idarəetmə sistemi ilə uyğunlaşdırılır və proses uğurla tamamlanır. Buna görə də keyfiyyət idarə etmə siyasətimizin də tələb etdiyi kimi mərkəzimizdə daimi təkmilləşdirmə prosesi davam etmiş olur.