Mərkəzimizin icraçı və tərəfdaş olduğu layihələr, tədqiqatçı və konsultant olduğu layihələr və nəhayət, xidmət təminatı üzrə yer aldığı layihələr
İNTERGEN VƏ ELMİ LAYİHƏLƏR
Mərkəzimizdə dörd ayrı elmi layihə həyata keçirilir.
• Mərkəzimizin İcraçı Və Tərəfdaş Olduğu Layihələr
Bu layihələr çox vaxt ideya yaradıcısı olduğumuz və ya intellektual tərəfdaşlıqlarımızın olduğu bir çalışmadır.
Layihələrin bəziləri yalnız Intergen komandası tərəfindən həyata keçirilir, bəziləri isə universitetlərdən və digər qurumlardan tərəfdaşlarımız ilə birgə icra edilir.
• Mərkəzimizin Tədqiqatçı Olaraq Yer Aldığı Layihələr
İdeya sahibi olmadığımız layihələrdə isə sıxlıqla tədqiqatçı kimi iştirak edirik.
• Mərkəzimizin Konsultant Olaraq Yer Aldığı Layihələr
Təcrübəmizə əsalanaraq bioloji nümunələrin təmini kimi mərhələlərdə bəzi layihələrə töhfə verməyə çalışırıq. Biz tez-tez bu layihələrdə konsultant kimi iştirak edirik.
•Mərkəzimizin Xidmət Təminatçısı Kimi İştirak Etdiyi Layihələr
Bu layihələrdə aşağıda qeyd olunan metodlar və layihə dizaynı kimi mərhələlərlə elmi və texniki dəstək veririk.
Elmi layihələr sahəsində xidmətlərimiz
• Layihə dizaynı və yazım
• Laboratoriya tədqiqatları və laboratoriya test dizaynı
• Primer və Oligo dizaynı və quraşdırılması
• Sıralama analizi (Sanger sıralaması)
• Yeni Nəsil Sıralama (NGS)
• Real Vaxt PZR tətbiqləri (Ekspressiya analizi daxil olmaqla)
• Mikroarraylərin tətbiqi
• Elmi hesabat (Dissertasiya. Məqalə və layihə hesabatının dizaynı)
Layihələrimiz
Dövlət tərəfindən maliyyələşdirilən layihələr
1- Yeni doğulmuşlarda sepsisin sürətli diaqnozu və buna səbəb olan mikroorqanizmlərin sürətli aşkarlanması üçün molekulyar genetika kitin inkişafı
Dəstək verən qurum: 1507-TUBİTAK kiçik və orta miqyaslı bizneslər üçün TƏ-İN dəstək proqramı
2-Məhkəmə ekspertizasında identifikasiya, tibbdə sümük iliyi transplantasiyasından sonra kimerizm tədqiqatları və toxuma kontaminasiya tədqiqatlarında istifadə edilən 18 STR sahəsi (Short Tandem Repeat) analiz kiti
Dəstək verən qurum: 1511-TUBİTAK prioritet sahələrdə tədqiqat, inkişaf və innovasiya
3-Sənayedə Doktorantura Proqramı
Dəstək verən qurum: 2244-TÜBİTAK sənayedə doktorantura proqramı
4-Xərçəng müalicəsi üçün immun hədəfli terapevtik agent/agentlərin inkişafı
Dəstək verən qurum: AYDE-KAP-SAYEM-2018-01- yüksək əlavə dəyərinə sahib məhsul və ya məhsul qrupunun inkişafını təmin edəcək sənaye yenilikçi şəbəkə mexanizminin (SAYEM) birinci mərhələsinə çağırışı
5- Covid-19 faktoru olan SARS-cov2 virusu, və virusa qarşı yaranan reaksiyanı izləmək üçün ELISA testinin hazırlanması
Dəstək verən qurum: 1507-TUBİTAK kiçik və orta miqyaslı biznes TƏ-İN dəstək proqramı
6-Onurğa Əzələlərinin Atrofiyasının (SMA) müalicəsi üçün uPK hüceyrələrinin yaradılması və xəstəliklərin modelləşdirilməsində istifadəsi, habelə, əldə ediləcək xəstəlik modellərində dərman sınaqları üçün bir test kitinin hazırlanması
Dəstək verən qurum: 1004-TÜBİTAK Mükəmməllik Mərkəzi Regenerativ və bərpaedici tibb üzrə tətbiqi tədqiqat proqramı
7- Xərçəng və xərçəng kök hüceyrələrinə yönəlik yeni teranostik biomarkerlərin və hüceyrə terapiya yanaşmalarının müəyyənləşdirilməsi və inkişafı
Dəstək verən qurum: 1501-TÜBİTAK sənaye TƏ-İN layihələri Dəstək Proqramı
8-Genetik və qabaqcıl immunoloji metodlardan istifadə edərək immunitetin anadangəlmə qüsurlarının, kombinə edilmiş immun çatışmazlıqlarının və immun tənzimlənməsinin pozulması ilə əlaqəli ilkin immun çatışmazlıqlarının tədqiqi
Dəstək verən qurum: 1003 - TÜBİTAK-prioritet sahələr
9-Etiologiyada səbəb olduğu bilinən 11 gendə mutasiya görülməyən Maturity Onset Diabetes Of Youth (Mody) pasiyentlərində etiologiyada məsul olan yeni genlərin araşdırılması
Dəstək verən qurum: 1001-TÜBİTAK
10-Lentivirus vasitəçiliyi ilə vazoaktiv bağırsaq peptid gen transplantasiyasının Retinal degenerativ xəstəlik modelində potensial terapevtik effektivliyi
Dəstək verən qurum: 1001-TÜBİTAK
11- Qeyri-sindromik mandibular retrognatiya hallarında IGF-1 gen mutasiyası və Polimorfizmlərinin kodlandığı sahələrin və intron-ekzon birləşmə bölgələrinin sıralama analizi ilə öyrənilməsi
Dəstək verən qurum: 1002-TÜBİTAK
12-İnteqraz qüsurlu 3-cü Nəsil lentiviral vektor vasitəçiliyi ilə SARS-Cov-19 Spike gen transplantasiyasının pandemik koronavirus xəstəliyinə qarşı (COVID-19) hüceyrəsəl və humoral immun cavab mexanizmasının inkişafı
Dəstək verən qurum: 1001-TÜBİTAK
Digər Qurumlar Tərəfindən Dəstəklənən Layihələr
1-TƏ-İN əməkdaşlığı
Dəstək verən qurum: Lokman Hekim Universiteti
Tələbələrlə, eləcə də Lokman Hekim Universitetinin müəllim və işçi heyəti ilə layihələrin həyata keçirilməsi üçün hazırlanmış əməkdaşlıq ilk bəhrəsini verməyə başladı.
• Tibbi Genetik AD quruldu
• Nadir xəstəliklər və nadir dərmanlar üzrə Tədqiqat Mərkəzi yaradıldı
• Tələbələrlə birgə layihələrə start verildi
• Həkimlərə nadir xəstəliklər haqqında maarifləndirici görüşlər keçirildi
• Əczaçılıq şirkətləri ilə tədqiqat layihələri üçün çalışmalar başladı
• Əczaçılıq fakültəsi ilə çalışmalara start verildi
2-Degenerativ və Travmatik Menisk Yırtığı olan xəstələrdə bütün mitokodrial DNT sıralama analizi
Dəstək verən qurum: Afyon Sağlık Bilimleri Universiteti
3-Sepsis diaqnozu və antibiotik müqavimətinin aşkarlanmasına yönəlik sürətli və effektiv diaqnostik alqoritmin hazırlanması
Dəstək verən qurum: Afyon Sağlık Bilimleri Universiteti
4-Parkinson diaqnozu olan xəstələrdə Gaucher xəstəliyi və Fabry xəstəliyi variantlarının təsirlərinin araşdırılması
Dəstək verən qurum: Ankara Universiteti
5-Kontrakturalı miyopatiyaların genetik faktorlarının tədqiqi
Dəstək verən qurum: İstanbul Universiteti
6- Tip 2 diabet diaqnozu qoyulmuş pasiyentlərdə Mody xəstəliyi ilə əlaqəli genlərin müayinəsi və Mody diaqnostik kriteriyalarının yenidən qiymətləndirilməsi
Dəstək verən qurum: Ankara Universiteti7- Kongenital (anadangəlmə) miyastenik sindromların klinik və genetik xüsusiyyətlərinin təyini
Dəstək verən qurum: İstanbul Universiteti
8-Uşaqlıq mioması olan xəstələrdə p53 genindəki ailəsəl və somatik mutasiyaların tədqiqi
Dəstək verən qurum: Aydın Adnan Menderes Universiteti
9-Hamiləlik itkilərində abort materialında p53 gen mutasiyalarının axtarışı
Dəstək verən qurum: Adiyaman Universiteti Tibb Fakültəsi Qadın Xəstəlikləri və Doğum şöbəsi
10-Polikistik yumurtalıq xəstələrində HSD3B2 gen mutasiyalarının tədqiqi
Dəstək verən qurum: Adiyaman Universiteti Tibb Fakültəsi Qadın Xəstəlikləri və Doğum şöbəsi
11-Oligodontiya hallarında MSX1 və Pax 9 genlərinin mutasiya və polimorfizmlərinin tədqiqi
Dəstək verən qurum: Ankara Universiteti Stomatologiya fakültəsi, Ortodontiya şöbəsi
12-Damaq - dodaq yarığı olan xəstələrdə MSX1 geninin sıralama analizi və MTHFR (2 SNP), MTR (1 SNP) ,MTRR (1 SNP) sıxlığının araşdırılması
Dəstək verən qurum: Ankara Universiteti Stomatologiya fakültəsi, Ortodontiya şöbəsi
13- Müvəqqəti taxipnoe pasiyentlərində ADRB2 gen polimorfizmləri, ADRB2-nin T-47C, A46G, C79G və C491T (TACC) polimorfizmləri, habelə, beta 1gly49 polimorfizminin araşdırılması
Dəstək verən qurum: Türkiyə Respublikası Səhiyyə Nazirliyi, Dr. Sami Ulus Qadın Doğum, Uşaq Sağlamlığı və Xəstəlikləri Tədris və Tədqiqat Xəstəxanası
14 – Uzanmış Sarılıq görülən hallarda UGT1A1 gen polimorfizmlərinin, SLCO1B1 c.11187G>A, SLCO1B1 c.388A>G, SLCO1B1
c.463C>A, SLCO1B1 521T>C, SLCO1B1 c.1463G>C, ve SLCO1B3 c.334T>G polimorfizmlerinin, Gst üçün 2 null allelin aşkarlanması, Ho-1 üçün <24 GT polimorfizminin araşdırılması
Dəstək verən qurum: Türkiyə Respublikası Səhiyyə Nazirliyi, Dr. Sami Ulus Qadın Doğum, Uşaq Sağlamlığı və Xəstəlikləri Tədris və Tədqiqat Xəstəxanası
15-Yeni doğulmuşların trombositopeniyası hallarında Human Platelet Antigen polimorfizmlərinin tədqiqi
Dəstək verən qurum: Türkiyə Respublikası Səhiyyə Nazirliyi, Dr. Sami Ulus Qadın Doğum, Uşaq Sağlamlığı və Xəstəlikləri Tədris və Tədqiqat Xəstəxanası
16-MODY diaqnozu qoyulmuş xəstələrdə müəyyən edilmiş 11 genin tədqiqi
Dəstək verən qurum: Türkiyə Respublikası Səhiyyə Nazirliyi, Dr. Sami Ulus Qadın Doğum, Uşaq Sağlamlığı və Xəstəlikləri Tədris və Tədqiqat Xəstəxanası
17-Psevdodastrofik Displazi diaqnozu qoyulmuş xəstələrin nümunəsində ekzom sıralama üsulu ilə xəstəliyə səbəb olan naməlum geninin və etiologiyasının aşkarlanması
Dəstək verən qurum: Malatya İnönü Universiteti
18– Endometrial xərçəng nümunələrində BRAF V600e mutasiyası, CKit mutasiyaları (Ekzon 9-11-13 və 17), GFR mutasiyaları (ekzon 18-19-20-21), EGFR duplikasiyası və delesiyası (FISH), EGFR metilasiyası, Her2 duplikasiya-delesiyası (FISH), HPV-nin varlığı və HPV-nin tipləndirilməsi (Real vaxt PZR və sıralama analizi), PDGFRA (Ekzon 12 və 18), Kras gen
mutasiyalarının (kolon xərçəngindəki mutasiyalar) tədqiqi
Dəstək verən qurum: Abanth Izzet Baysal Universiteti
19-Müxtəlif qüvvət növlərinin ortodontik diş hərəkətlərinə təsirinin qiymətləndirilməsi
Dəstək verən qurum: Erciyes Universitetinin Stomatologiya fakültəsinin Ortodontik klinikası
20- 36 rat dişindən OPG, RANKL və Cox2 genlərinin ekspressiyası analizi
Dəstək verən qurum: Erciyes Universitetinin Stomatologiya fakültəsinin Ortodontik klinikası
21-100 Behçet xəstəsi və 50 kontrol nümunəsində IL10 geninin sıralama analizi ilə IL10 gen mutasiyalarının və polimorfizmlərinin tədqiqi
Dəstək verən qurum: Ankara Universiteti Göz Xəstəlikləri şöbəsi
22-100 Behçet xəstəsi və 50 kontrol nümunəsində CPLX1 geninin sıralama analizi və FMF 12 mutasiya analizi
Dəstək verən qurum: Ankara Universiteti Göz Xəstəlikləri şöbəsi
•INTERGEN TƏ-İN ÖZ VƏSAİTİ HESABINA MALİYYƏLƏŞDİRİLƏN 45 LAYİHƏ KOMMERSİYA MƏXFİLİYİ QAYDALARINA UYĞUN OLARAQ TƏQDİM EDİLMƏYİB.
•Bu layihələrdən başqa yüzlərlə layihə də dəstəklənib.