Təlimlər

İntergen təcrübə proqramı, xüsusi texniki təlim, kurslar, konqreslər, təqdimatlar, konfranslar, praktik təlim, tətbiqi konsultasiya səviyyəsində təlimlər təklif edir.

İNTERGENDƏ TƏLİM

Peşəkarlığa aparan yol

İntergen,

• Universitetlərdə, dövlət qurumlarında, özəl sektorda, eləcə də bakalavr və magistr səviyyələrində çalışan tələbələrə

• Təcrübə proqramı, xüsusi texniki təlim, kurslar, konqreslər, təqdimatlar, konfranslar, praktik təlim, tətbiqi konsultasiya səviyyəsində təlimlər keçirir.

• Layihə təcrübəsi olmayan və ya genetika sahəsində layihə təcrübəsi olmayan akademiklərə dəstək veririk.

• Akademik qruplar üçün genetik təlimlər təşkil edirik.

Bilirik ki, Türk dövlətlərinin savadlı insanlarla Dünya Liqasında yüksəlməsi hamımızın yüksəlməsi deməkdir.

Qapılarımız insana, elmə, sağlamlığa toxunan - toxunmaq istəyən hər kəs üçün açıqdır!

Kadr Təlimləri

Mərkəzimizdə hər çərşənbə günü saat 16:00-dan 17:30-a qədər "Çərşənbə Təlimləri" adlı kadr hazırlığı üçün zaman ayrılmışdır.

Bu təlimlər personalımızın istəkləri üzrə və ya sürətlə inkişaf edən genetika sahəsindəki yenilikləri özündə cəmləşdirərək, ya güclü heyətimizdən dəstək alaraq ya da tələb olunan fənn üzrə mütəxəssisləri xaricdən mərkəzimizə dəvət edərək keçirilir. Bu müntəzəm təlimlər sayəsində biz Intergen-in xidmət keyfiyyətini dövrün tələblərinə uyğun qızıl standartlarda saxlamağa davam edirik, eyni zamanda heyətimiz təcrübə və biliklər qazanaraq daim inkişaf edir.

Workshoplar

Tədris etdiyimiz kurslar aşağıdakilardır.

• Yeni nəsil sıralama seminarı (NGS)

• Sanger sıralama seminar

• Primer və prob dizaynı üzrə seminar

• Real vaxt PZR və gen ekspresiyası seminarı

• Floresan in situ hibridləşdirmə seminarı (FISH)

Bütün workshoplarımız həm praktik həm də nəzəri cəhətdən keçirilir. Yuxarıda qeyd etdiyimiz seminarlardan başqa təlim tələbləriniz üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Təcrübə Programı Və Təcrübəçi Təlimləri

Təcrübə tətbiqinin əsas məqsədi bakalavr/magistr təhsili zamanı əldə edilmiş bilik və bacarıqları sahə təcrübəsi və tətbiqatı ilə inteqrasiya etmək və dəstəkləməkdir.

Təcrübənin başqa bir məqsədi tələbələrin öz sahələrində təcrübə qazanması və məsuliyyət  bacarıqlarını inkişaf etdirməsidir.

Intergen olaraq, bu şüurla, ilin müxtəlif dövrlərində qəbul etdiyimiz cəmi 15-20 təcrübəçi ilə səhiyyə sektorunda iş dərinliklərini müşahidə edən, dərk edən və tətbiq edə bilən komanda üzvləri yetişdirməyə çalışırıq.