Patologiya

Müasir dünyada patologiya və genetika bir-biri ilə yaxın əlaqəlidir.

Patologiya

Patologiya; Patos (xəstəlik) və logos (elm) sözlərindən ibarət olan və xəstəliklərin elmi üsullarla araşdırıldığı cərrahi tibb elmləri arasında yer alan klinik tibb sahəsidir.

Cərrahi patologiya nədir?

Cərrahi patologiyanın diaqnostik prosedurlarına geniş çeşidli üsullar daxildir. Ən sadə metod makroskopik səviyyədədir və nümunəni sadəcə  gözlə görmək patoloqa diaqnoz qoymaq üçün kifayət qədər məlumat verə bilər. Bununla belə, patoloq yetərli diaqnoz və proqnoz üçün çox zaman mikroskopik müayinə də həyata keçirir.

Bu səbəblə mikroskop patoloqun istifadə etdiyi əsas vasitələrdən biridir. Cərrahi patologiya yalnız göz və mikroskopla bağlı deyil. Patoloji tədqiqatlarının demək olar ki, hər bir mərhələsi əl əməyi tələb edir. Cihazlar müəyyən hazırlıq mərhələlərində istifadə olunur. Daha sonra yaxşı bir texnik bütün hazırlıqları tamamlayır. Patoloji laboratoriyalarda həkim və texnik ahəng və müştərək şəkildə işləməlidir. Bu səbəblə preparatın hazırlanması, nümünənin haradan götürülməsi, hansı qaydada fiksasiya edilməsi, boyanın necə olması, nümünənin nə qədər incə alınacağı kimi detallar diaqnozun müvəffəqiyyətli olmasında çox əhəmiyyətlidir.

Bu da bilikdən yanaşı tətbiq və təcrübənin nə dərəcədə önəm kəsb etdiyini göstərir.

Genetika və Patologiya

Müasir dünyada patologiya və genetika bir-biri ilə yaxın əlaqəlidir. Xərçəng araşdırmalarında, xüsusilə somatik mutasiyaların tədqiqində iki sahə birlikdə işləyir. Toxuma laboratoriyasına gəldikdə isə, patologiya bölməsində makroskopik tədqiqatlar aparılır.

 Xərçəngin növünə görə haradan və neçə nümünə alınacağı və araşdırmanın necə aparılacağı müəyyən edilir. Toxuma üzərində hansı tədqiqatın aparılmasından asılı olmayaraq, ilk mərhələdə toxumanın hansı bölgəsinin xərçəng toxuması olduğu müəyyənləşdirilməlidir.

Tədqiqat aparılacaq nahiyədə xərçəng toxumasının bütün toxumanın nə qədərini əhatə etdiyi aydınlaşdırılır. Bu ilkin araşdırmadan sonra tədqiqatın hansı üsulla aparılacağına dair ətraflı araşdırmalara başlanılır. Sıralama analizi tələb olunarsa, işarələnmiş bölgədən toxuma götürülür, DNT izolyasiyası aparılır və səbəbkar genin araşdırmalarına start verilir. FISH tədqiqatı ediləcəksə, nümünədən müvafiq qalınlıqda kəsiklər götürülür. Alınan nümünədə xərçəngli sahə işarətlənir və nahiyəyə prob  damlataraq tədqiqat davam edir.

İntergen həm patologiya, həm də genetika laboratoriyaları olan azsaylı laboratoriyalardan biridir. Həmçinin əməkdaşlıq mədəniyyətini xəstənin xeyrinə çevirən mərkəzdir. Gələn nümunələr üçün klinik məlumatlar alınır və patologiya-genetika laboratoriyaları fikir mübadiləsi aparaq xəstə üçün ən dəqiq testlər təyin edilir.

Eynilə, "fetal patologiya" tədqiqatlarında patologiya və genetika birlikdə işləməlidir.

Fetal ultrasəs müayinəsində anomaliyaların aşkarlanması səbəbindən abort edilmiş və ya intrauterin fetal ölümü görülmüş bir fetusa diaqnoz qoymaq istənildikdə, patalogiya və genetika birlikdə tədqiqat aparmalıdır.

Post-mortem müayinədə aşkarlanan dismorfik əlamətlərə, prenatal əlamətlərə, ultrasəs müayinə nəticələrinə, obstretik anamneziyaya və ailədən alınan məlumatlara görə genetik mütəxəssis ilkin diaqnozu təyin edir və patoloqa ətraflı məlumat verir. Patoloq nəzərdən qaçırılmayacaq vacib detalları öyrənir. Bu məlumatların işığında patoloq otopsiya edir. Bu mərhələdə plasenta çox vacibdir. Bəzən diaqnoz yalnız plasentanın müayinəsi ilə edilə bilir.

Bu səbəblə tədqiqatın istənildiyi zaman nümunənin necə göndəriləcəyi və necə qorunacağı ilə bağlı mərkəzimizdən məlumat alınmalı və belə əhəmiyyətli toxumanın ən yaxşı şəraitdə araşdırılması təmin edilməlidir.

Bu tədqiqatlar sonrakı hamiləlikləri və ailədə risk altında olan başqa birinin olub olmadığını müəyyən etmək üçün çox vacibdir.

Biopsiya

Bədəndən əldə edilə bilən orqanlardan götürülmüş kiçik bir toxuma parçası biopsiya nümunəsi adlanır. Bunlara misal olaraq: dəridəki xallardan alınan parçalar, endoskopik olaraq alınan mədə-bağırsaq nümunələri, bronxoskopiya ilə alınan ağciyər toxuması nümunələri, sistoskopik olaraq alınan sidik kisəsi nümunələri.

Nümunələrə xüsusi boyamalar tətbiq edərək mikroskop vasitəsilə araşdırılır və xəstəliyin mövcudluğu haqqında qiymətli məlumatlar verilir. Lazım olduqda daha böyük cərrahi müdaxilə üçün ilkin diaqnoz metodudur.

Rezeksiya

Xəstə orqanın bir hissəsinin və ya hamısının çıxarılmasına rezeksiya deyilir. Çıxarılan hissə qoruyucu mayelərə yerləşdirilərək laboratoriyamıza çatdırılır. Mütəxəssislərimiz hissəni yoxlayır, lazımi nümunələri götürür və sonrakı aşkarlanma prosesi üçün xüsusi izləmə aparatına yerləşdirir. Ardından nümünələr soğan qabığı nazikliyində kəsilərək rənglənir.

Artıq patoloqlarımız hüceyrələri mikroskop altında müayinə etməyə hazırdırlar. Bəzən tədqiq edilən toxumanın diaqnozu üçün xüsusi boyanma üsulları tələb oluna bilər. Bu boyama üsullarının istifadəsi diaqnostik uğuru artırmaqdadır. Bundan əlavə, hazırda bəzi müalicələrin istifadəsi üçün bu boyamaların əvvəlcədən aparılması nəticələrin dəqiqliyində əhəmiyyət kəsb etməktədir.

Sitopatologiya nədir?

Sitologiya hüceyrə elmi deməkdir. Xəstəliklərdə ilk dəyişikliklər insan bədəninin ən kiçik canlılıq təməli olan hüceyrədə başlayır. Daha sonra yayılır və xəstəliyin mənzərəsini ortaya çıxır. Sitopatologiya, xəstəliklərin diaqnozunda hüceyrələrdəki dəyişiklikləri müəyyən etmək üçün toxumalardan və bədən mayelərindən götürülmüş nümunələri araşdıran patologiyanın alt qollarından biridir.

Bədəndən əldə edilən müxtəlif növ mayelərdə, uşaqlıq ağzı (serviks) və vaginadan götürülmüş sürüntülərdə, qalxanabənzər vəz (tiroid), döş, qaraciyər və sümük iliyi iynə aspirasiyası materiallarıda müxtəlif növ hüceyrələrin və ya xərçəng hüceyrələrinin axtarışı aparılır.

Servikovaginal smear testi

Servikal xərçəng skrininqi (Pap smear) təxminən 100 ildir ki, bütün dünyada aparılır və sübut olunmuş bir testdir. Smear testləri təxminən 24-72 saat ərzində sonuçlanır. Maye əsaslı smear preparatları, ənənəvi smearlardan fərqli olaraq,

müntəzəm müayinə zamanı şübhəli displastik hüceyrələr varsa, HPV patogeninin(Human Papilloma Virus) növünün təyini üçün molekulyar test olan HPV PZR testi tələb olunur. Nümunənin ilk dəfə alinması sirasinda maye əsaslı üsula uyğun olaraq alınarsa, xəstədən təkrar nümunə götürülmədən HPV tədqiqatları da planlaşdırıla bilər. Uşaqlıq boynu xərçənginin erkən diaqnozu qoyulduğu təqdirdə müalicə edilə bilən bir xərçəng olduğunu xatırlamaq lazımdır.

Bu səbəbdən skrininq çox vacibdir.

İncə iynə aspirasiya biopsiyası

Canlı toxuma nümunələrinin analizinə və xəstəliklərin tez və asanlıqla diaqnoz qoyulmasına imkan verən incə iynə aspirasiya biopsiyası (IIAB) ən çox qalxanabənzər vəzi düyünlərinin, tüpürcək bezi şişlərinin (bulky salivary gland), limfa düyünlərinin və ağciyər düyünlərinin diaqnozu üçün istifadə olunur.

Ağrısız, komfortlu və etibarlı bir diaqnostik metod olan incə iynə aspirasiya biopsiyası həm həkimə, həm də xəstəyə əhəmiyyətli faydalar verir. Prosedurdan sonra nəticələr arzuolunan olarsa, xəstə gərəksiz cərrahi müdaxilələrdən və anesteziyadan qurtula biləcəkdir.

Hamiləlikdə təhlükəsiz şəkildə tətbiq edilə bilən incə iynə aspirasiyası biopsiyasının xərçəngin yayılması və ya hüceyrə kulturasiyası kimi riskləri tətbiqatlarda çox nadir hallarda görülməkdədir.

Bədən Mayelərində Sitologiya

Bədən mayelərində (tüpürcək, serebrospinal maye, sidik, bronxioalveolyar yuyulma(lavaj), efüzyon, plevral, qarın içi, oynaq içi) eksfoliativ sitologiya tədqiqatlarını əhatə edir.

İmmunohistokimya (IHK)

İmmunohistokimya metodu bir hüceyrədə və ya toxumada xüsusi bir antigenin (zülal) və ya hüceyrənin identifikasiya metodudur.Patologiya laboratoriyamızda immunohistokimyəvi reaksiyalar müxtəlif vəziyyətlərdə istifadə olunur. Ən vacib tətbiqlər şiş hüceyrələrinin histogenetik diaqnozu, şiş alt tiplərinin (məsələn, lenfoma) təyini, bədxassəli şişin ilkin hissəsinin xarakteristikası, bəzi xəstəliklərdə, müalicəyə yönəlmiş əlamətlərin və proqnozlaşdırıcı amillərin öyrənilməsi, xoşxassəli və bədxassəli şişlərin fərqləndirilməsi, hüceyrə tərəfindən ifraz olunan strukturların və materialın anlaşılmasıdır. Mərkəzimizə daxil olan nümunələr üzərində qabaqcıl immunohistokimyəvi boyanma tədqiqatları aparılır.

İmmunoterapiya

İmmunoterapiya, bədənin xərçəng, infeksiya və digər xəstəliklərlə mübarizə aparmasına kömək etmək üçün immunitet sisteminin stimullaşdırılması və ya basqılanması üçün istifadə edilən bir müalicə növüdür.

Bəzi immunoterapiya növləri yalnız immunitet sisteminin müəyyən hüceyrələrini hədəf alarkən; bəziləri isə ümumi şəkildə immunitet sisteminə təsir göstərir. İmmunoterapiya növləri arasında sitokinlər, vaksinasiyalar, Bam Deku Calmett-Guerin (BCG) və bəzi monoklonal antikorlar daxildir.

 PD-L1 nədir?

Proqramlaşdırılmış ölüm ligandı kimi tanınan PD-L1, immunitet sisteminin bədənə aid hüceyrələri yad kimi tanımasına mane olan bir hüceyrə membranı proteinidir. Ancaq bu vacib mexanizm xərçəngə gəldikdə əlverişsiz ola bilər, çünki şiş hüceyrələri də öz hüceyrələrimizin metamorfozudur. PD-L1, immunitet sisteminin T hüceyrələrinin aktivləşməsinə mane olan və şişlərin inkişafına səbəb olan bir molekuldur.

PD-L1 pozitiv nə deməkdir?

Bəzi şişlər hüceyrə səthində yüksək səviyyədə PD-L1-ə sahibdirlər,bunlar PD-L1 pozitiv şişlər olaraq adlandırılır.

PD-L1, anti-PD-1 və anti-PD-L1 sinif immunoterapiyaların effektivliyini proqnozlaşdıran çox qiymətli bir markerdir.

FDA tərəfindən təsdiqlənmiş PD-1-ə qarşı immunoterapiyalar: pembrolizumab, nivolumab, cemiplimab; PD-L1-ə qarşı immunoterapiyalar: atezolizumab, durvalumab və avelumabdır. Təsdiqlənmiş agent maddələrin sayı hər gün artmaqdadır. Burada vacib olan dərmanın kimdə işə yarayıp yaramayacağını dəqiq müəyyən etməkdir.

Aparılan tədqiqatlar göstərir ki, şiş hüceyrələrində PD-L1 səviyyəsi müalicə seçimində (immunoterapiya) həlledici ola bilər.

Şişin növündən və meydana gəldiyi orqandan asılı olaraq, PD-L1 pozitiv xəstələr mənfi olanlara nisbətən immunoterapiya dərmanlarına 2-3 dəfə daha çox reaksiya verirlər.

Şişlərdən götürülən biopsiya nümunələri patoloji laboratoriyada parafin blok kəsikləri şəklində hazırlanır. PD-L1-ə xas olan immunohistokimyəvi boyanma üsulu ilə dəyərləndirilir.Bir toxuma nümunəsinnin müayinəsi üçün ən azı 100 şiş hüceyrəsi olmalıdır. Bütün şərtlər yerinə yetirildikdə;

* Şişin 1%-dən az boyanması və ya heç boyanmaması PD-L1-in mənfi olduğunu göstərir. Bu vəziyyətdə xərçəngin müalicəsində immunoterapiyanın istifadəsi ya heç bir təsir göstərməyəcək, ya da əhəmiyyətsiz bir təsir göstərəcəkdir.

* Şişdə 1%-dən 49% - ə qədər hüceyrə membranının boyanması varsa, bu PD-L1-in müsbət olduğunu göstərir və xərçəng xəstəsinin digər müalicələrlə birlikdə immunoterapiyadan keçə biləcəyini bildirir. İmmunoterapiya xəstəyə müsbət təsir göstərəcəkdir.

* Digər tərəfdən, şişdə 50%-dən çox PD-L1 boyanması yüksək PD-L1 pozitivliyinin göstəricisidir və immunoterapiya xərçəngin müalicəsində ilk addım hesab edilə bilər. Bundan sonra digər müalicələrə başlamaq olar.