Dosent Dr. Gülay Ceylaner

Dos. Dr. Gülay Ceylaner həm diaqnostika, həm də elmi tədqiqatlar üçün nadir və diaqnozu təyin olunmayan xəstəliklər üzrə ixtisaslaşmış tibbi genetik-həkimdir. İntergenGenetik və Nadir Xəstəliklərin Diaqnostikası və Tədqiqatı Mərkəzinin direktoru, üzvü və təsisçisidir. Təqribən bütünlüklə mərkəz tərəfindən hazırlanmış kitlərlə, dünyanın ən geniş genetik test panellərindən biri yaradılan; "pasiyent-müştəri" və "şəxsi heyəti"-ni əhatə edən "İNSAN" yönümlü bir mərkəz yaratmaq məqsədi ilə təsis edildi. 1997-2007-ci illərdə Zekai Tahir Burak Qadın Sağlamlığı və Təhsil Xəstəxanasının Genetika şöbəsinin qurucusu idi.

2017-ci ildə Intergen TƏ-İN Mərkəzini təsis etdi və 3 il ərzində bu mərkəz Türkiyənin TƏ-İN-ə ən çox sərmayə qoyan 500 böyük qurumu arasında yer aldı.

2020-ci ildə yaradılan Nadir Xəstəliklər Könüllüləri Dərnəyinin təsisçisi və sədridir.

Bir çox elmi əsərlər yazmış və elmi çıxışlar etmiş, konqreslər, iclaslar və kurslar təşkil etmişdir.

Özü kimi, 1993-cü ildə məzun olan tibbi genetik-həkim Serdar Ceylanerlə evlidir və 2 uşaq anasıdır.O, və həyat yoldaşı Serdar Ceylaner tibb fakültəsinin 1-ci kursunda həyəcanlı gözlərlə auditoriyada oturarkən genetika ilə bağlı ilk araşdırmalarını edərək bu uzun yolun ilk addımlarını atıblar.

 

"Dil yuvarlanma xüsusiyyətinin genetik əsasları"-nı araşdırmaqla başlayan səyahət indi yeni gen-xəstəlik əlaqələrini izah etməyə və 500 mindən çox xəstənin həyatını yaxşılaşdırmağa qədər uzanmışdır.

27 il boyunca genetik, nadir və diaqnozu təyin olmayan xəstəliklər, tibbi ağırlaşmalar, reanimasiya şöbəsi xəstələri, fərdiləşdirilmiş tibb, xərçəng mövzularında elmi və sosial tədqiqatlara diqqət yetirmişdir.

Bu sahədə sədri olduğu Nadir Xəstəlik Könüllüləri Dərnəyi ilə birlikdə diaqnostika və müalicələr üzrə maarifləndirmə, diaqnostika, tədqiqat və tədris işlərini davam etdirir.

 

Elmi Təşkilatlara Üzvlük:

Tibbi Genetika Cəmiyyəti

Nadir Xəstəliklər Könüllüləri Dərnəyi-Sədr