İntergen İdeya Klubu

İdeya Klubu elmi, ekologiya və institusional sahələrdə, xüsusilə rəqəmsallaşma, səmərəlilik və davamlılıqda mərkəzimizə töhfə vermək üçün İntergen Genetika Mərkəzinin tərkibində yaradılmışdır.

Bununla birgə;

• Rəqəmsallaşdırma ilə daha sürətli və daha etibarlı bir quruluş yaratmaq,

• Davamlılıq ilə əlaqəli mövcud və ya yeni vəzifələrin uzunmüddətli olmasını təmin etmək,

• Effektivliyə bağlı işləri ən yüksək səviyyəyə çatdırmaqla keyfiyyətli xidmətlər göstərməyə çalışırıq.

• İdeya klubu, komanda ruhunu ön planda tutaraq, bir addım irəli gedərək və peşəkar insanlardan ibarət heyəti ilə effektiv ünsiyyət quraraq, Intergen və xidmət verdiyimiz bütün məcralar üçün çalışmağı və istehsal etməyi hədəfləyir.

İntergen İdeya Klubunun Fəaliyyətləri

• Təkrar emal materialları İntergen müəssisəsində toplanaraq aidiyyatı şirkətlərə verilmişdir. Mərkəzimizin mərtəbələrində geri dönüşüm tullantı qutuları yerləşdirilmişdir.

• Təbii sərvətlərimizi qorumaq üçün elektrik və su ehtiyatlarının istifadəsi barədə məlumatlılığı artırma məqsədli araşdırmalar aparılmışdır.

• Sahibsiz heyvanlar üçün yardım qutusu təmin edilmişdir. Eyni zamanda mərkəzimizin bağçasında sahibsiz heyvanların istifadə edəbilməsi üçün pişik yuvası da yerləşdirilmişdir.

• Mərkəzimizdəki kadrın zəlzələ haqqında məlumatlılığını artırmaq üçün AKUT Assosiasiyası tərəfindən təlimlər təşkil edilmişdir.

• “Gökyüzü Sanatsal İyilik Vakfı” Xeyirxahlıq Fondu ilə birgə ağacəkmə tədbirində iştirak edərək hər bir şəxsi heyətimiz üçün bir fidan əkilmişdir.

• Əldə edilən gəlirləri “Nadir Hastalık Gönüllüleri “ assosiasiyasına bağışlama məqsədli qida və içki satış avtomatları təmin edilmişdir.

• Servikal Xərçəng Fərqindəliyi ayı ərzində mərkəzimizin konfrans zalında ictimaiyyətin məlumatlandırılması üzrə seminar keçirilmişdir.

• Muş Kızılağaç İbtidai məktəbinə və Muş Rayon İnternat məktəbinə göndərilməsi üçün kitab kampaniyası təşkil edilmişdir.

SİZE NASIL YARDIMCI OLABİLİRİM?